вторник, 12 января 2016 г.

Təbii sərvətlərin həyatımızdakı rolu



    Təbii  sərvətlərsiz  həyatımızı  təsəvvür  etmək  mümkün  deyil.  İnsanların  yaşaması  üçün  təbii  sərvətlər  çəx  vacibdir.  Yerüstü  sərvətlərdən   gündəlik  həyatımızda   istifadə  edirik. Onlardan  müxtəlif  məhsullar  hazırlanır.
Təbii  sərvətlərdən  olan pambıqdan  müxtəlif  parçalar  hazırlanır.  Geydiyimiz  paltarların  çoxu  pambıqdan  hazırlanır. Neftdən  müxtəlif  məhsullar  hazırlanır.  Təbiətə  xüsusi  gözəllik  verən  meşələrsiz  yaşamaq  mümkün  deyil.  Meşələr  həm  heyvanların  yaşaması  üçün  məkandır,  həm  də  nəfəs  aldığımız  oksigenin  təməlidir.  Bundan  başqa  meşələrdəki  ağaclardan  müxtəlif  məmulatlar  hazırlanır. Dənizlərin  çayların  suyundan   insanlar  istifadə  edirlər.










понедельник, 11 января 2016 г.

Təbii sərvətlər və onların növləri.


Təbii  sərvətlər  bəşəriyyətin  yaşaması  üçün zəruri olan  təbiət  elementləridir. İnsanların  yaşaması  üçün  lazım  olan resuslardır.   Təbii sərvətlər  tükənən və tükənməyən  olur.
 Tükənməyən sərvətlər: günəş, külək, iqlim və  s.
.Tükənən sərvətlər:  bütün  faydalı  qazıntılar.
 Azərbaycan  öz təbii  sərvətləri  ilə  bütün  dünyada  tanınır.  Təbii  sərvətlər  2  cür olur:
1.  Yeraltı  sərvətlər
2.  Yerüstü  sərvətlər
    Yeraltı   sərvətlər:  neft, qaz,  daş  kömür,      torf,  dəmir  filizi,mineral  sular və s
    Yerüstü  sərvətlər: meşələr,  bağlar,  taxıl  zəmiləri, dağlar,çaylar, dənizlər,  göllər,  ağaclar və  s.
 Azərbaycanın  ən böyük  yeraltı  sərvəti  neftdir.Neft  həm  suda  həm  də  quruda  çıxarılır.
 Abşeron  yarımadasında   zəngin neft  yataqları var. Xəzər  dənizində  də çoxlu  neft  çıxarılır.
 Əfsanməvi  "Neft  daşları" şəhərciyı  məhz  neftçilər  tərəfindən  salınıb. Dənizdən neft  çıxaran
  neftçilər  orada  yaşayırlar.
        Neftdən  başqa  ikinci  yeraltı  sərvətimiz qazdır. Qaz  neftlə  birlikdə  yerin  altından  çıxarılır.
   Yanar  təbii  sərvətimizdir.  Qazdan  başqa daş kömür,  torf  da  yanar  təbii  sərvətlərdir.

Təbii  sərvətlərdən  düzgün  istifadə  etmək  lazımdır.