Təbii sərvətlərsiz həyatımızı təsəvvür etmək mümkün deyil. İnsanların yaşaması üçün təbii sərvətlər çəx vacibdir. Yerüstü sərvətlərdən gündəlik həyatımızda istifadə edirik. Onlardan müxtəlif məhsullar hazırlanır.
Təbii sərvətlərdən olan pambıqdan müxtəlif parçalar hazırlanır. Geydiyimiz paltarların çoxu pambıqdan hazırlanır. Neftdən müxtəlif məhsullar hazırlanır. Təbiətə xüsusi gözəllik verən meşələrsiz yaşamaq mümkün deyil. Meşələr həm heyvanların yaşaması üçün məkandır, həm də nəfəs aldığımız oksigenin təməlidir. Bundan başqa meşələrdəki ağaclardan müxtəlif məmulatlar hazırlanır. Dənizlərin çayların suyundan insanlar istifadə edirlər.
Təbii sərvətlər bəşəriyyətin yaşaması üçün zəruri olan təbiət elementləridir. İnsanların yaşaması üçün lazım olan resuslardır. Təbii sərvətlər tükənən və tükənməyən olur. Tükənməyən sərvətlər: günəş, külək, iqlim və s.
.Tükənən sərvətlər: bütün faydalı qazıntılar.
Azərbaycan öz təbii sərvətləri ilə bütün dünyada tanınır. Təbii sərvətlər 2 cür olur:
1. Yeraltı sərvətlər
2. Yerüstü sərvətlər Yeraltı sərvətlər: neft, qaz, daş kömür, torf, dəmir filizi,mineral sular və s Yerüstü sərvətlər: meşələr, bağlar, taxıl zəmiləri, dağlar,çaylar, dənizlər, göllər, ağaclar və s.
Azərbaycanın ən böyük yeraltı sərvəti neftdir.Neft həm suda həm də quruda çıxarılır.
Abşeron yarımadasında zəngin neft yataqları var. Xəzər dənizində də çoxlu neft çıxarılır.
Əfsanməvi "Neft daşları" şəhərciyı məhz neftçilər tərəfindən salınıb. Dənizdən neft çıxaran
neftçilər orada yaşayırlar.
Neftdən başqa ikinci yeraltı sərvətimiz qazdır. Qaz neftlə birlikdə yerin altından çıxarılır.
Yanar təbii sərvətimizdir. Qazdan başqa daş kömür, torf da yanar təbii sərvətlərdir.
Təbii sərvətlərdən düzgün istifadə etmək lazımdır.